12 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın 7 oyunçusu milliyə dəvət aldı

“Qarabağı” futbol klubunun bir sıra oyunçuları millinin Estoniya ilə matçına dəvət alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, millinin AÇ-2024-ün seçmə mərhələsində iyunun 17-də Estoniya ilə matçına Elvin Cəfərquliyev, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Toral Bayramov və Bəhlul Mustafazadə dəvət alıblar.

U-21 millisinin toplanışına isə Nəriman Axundzadə çağırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43