“Qalatasaray” baş məşqçi Okan Burukla müqaviləni yeniləyib.
İdmanxeber.az-ın məlumatına görə, mövsümün əvvəlində klubla 1+1 illik sözləşmə imzalayan gənc mütəxəssislə 2024-cü ilə qədər müqavilə uzadılıb. Buruk İstanbul klubundan illik 20 milyon lirə qazanacaq.
Xatırladaq ki, “Qalatasaray” mövsümü Türkiyə çempionu kimi tamamlayıb.

