“Çelsi”nin futbolçusu Nqolo Kante karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu “Əl İttihad”la müqavilə bağlayıb. Fransalı yeni klubu ilə 2+1 illik sözləşmə imzalayıb. O, mövsüm başına 100 milyon avro qazanacaq. Nqolo artıq Londonda “Əl İttihad” üçün tibbi müayinədən keçib.
Xatırladaq ki, dünən komanda “Real”ın sabiq hücumçusu Kərim Benzemanın transferini açıqlamışdı.

