“Lion”la müqaviləsi başa çatan fransız hücumçu Mussa Dembele karyerasını “Everton”da və ya “Qalatasaray”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu Liqa 1 təmsilçisindən ayrılacağını açıqlayıb. Onun komanda ilə müqaviləsi iyunda başa çatır.
Dembele ötən mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

