Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, paytaxt klubu Portuqaliyanın “Eştoril” komandasında çıxış edən Juanzinyo ilə maraqlanır.
34 yaşlı cinah müdafiəçisinin klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır. O, cari mövsüm komandası ilə 30 oyunda çıxış edib və 1 qol vurub.
Juanzinyo 2019/2020 mövsümündə APOEL forması ilə Avropa Liqasının qrup mərhələsi matçında “Qarabağ”a qarşı meydanda olub.

