UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilkin mərhələsinin püşkatma mərasimi keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək.
Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.
Qalib komanda I təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu “Qarabağ”a rəqib ola bilər.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü oyunun 20-da atılacaq.

