06 İyul 2026
Dünya futbolu

PSJ Mbappenin ayrılmasını istəyir?

Kilian Mbappe müqavilə ilə bağlı vəziyyəti şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, PSJ-nin hücumçusu kluba rəsmi məktub göndərərək, heç bir halda müqavilənin uzadılması variantını aktivləşdirməyəcəyini bildirib. Bunun ardından Mbappenin Paris klubunu tərk edəcəyi iddiaları artıb.

Ancaq yerli mətbuat yazır ki, klub rəhbərliyi 24 yaşlı hücumçu ilə sözləşmə yeniləmək barədə düşünmür. Onlar bu günə qədər Mbappe ilə bu barədə söhbət etməyiblər. 

Xatırladaq ki, fransalı forvardın klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43