06 İyul 2026
Dünya futbolu

“Mançester Siti” PSJ-nin təklifini geri çevirdi

 “Mançester Siti” PSJ-nin yarımmüdafiəçi Bernardo Silva üçün təklifini rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, parislilər müqaviləyə qapıçı Canluici Donnarumma və ya yarımmüdafiəçi Marko Verrattini də daxil etməyə hazır olsalar da, “şəhərlilər” bunu qəbul etməyib.

2022/23 mövsümündə Silva 55 oyun keçirib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı oyunçunu 80 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43