İspaniyanın “Xetafe” klubunda forma geyinən Enes Ünalın klubdakı gələcəyi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, La Liqa klubu oyunçu ilə müqavilə uzadacaq. Onun 2026-cı ilə qədər olan sözləşməsi daha iki il artırılacaq.
2 mövsümdür La Liqadakı çıxışı ilə diqqətləri üzərinə çəkən Enesə Avropa klublarından ciddi təkliflər var idi. “Benfika” Ünal üçün 22 milyon avro təzminat ödəməyə hazırdı.
Lakin mövsümün bitiminə iki tur qalmış ciddi zədə alan türkiyəli futbolçunun başqa kluba transfer olunma şansı azaldı.

