“Fənərbağça”nın hücumçusu Bruma Portuqaliya komandası ilə müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı oyunçu icarə əsasında çıxış etdiyi “Braqa” kluba transfer olunub. O, yeni komandası ilə 4 illik müqavilə bağlayıb.
İstanbul klubunun bu transferdən 6,5 milyon avro qazanacağı bildirilir.
Bruma ötən mövsüm “Braqa”nın heyətində 21 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

