Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.az-ın məlumatına görə, turnirdəki tək təmsilçimiz “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdam klubu I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln Red İmps”la qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.

