12 İyul 2026
Dünya futbolu

Modriç millidən gedir?

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç yığma komandanı tərk etmək fikrində deyil.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı oyunçu 2024-cü il Avropa çempionatında çıxış etməyi planlaşdırır. Müdafiəçi Domaqoy Vida və yarımmüdafiəçi İvan Perişiç də heyətdə qalacaq.

Modriç 2006-cı ildə Xorvatiya millisində debüt edib. Ümumilikdə o, millinin heyətində 166 oyun keçirib, 24 qol vurub və 27 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43