David de Xea “Mançester Yunayted”dən ayrılmaq istəmir.
İdmanxeber.az “The Telegraph” nəşrinı istinadən xəbər verir ki, futbolçu məşqçilər korpusu, rəhbərliklə görüşüb və komandada qalmaq istədiyini açıqlayıb. O, hətta “qırmızı şeytanlar”ın ehtiyat qapıçısı roluna da hazırdır.
32 yaşlı ispaniyalı 2011-ci ilin iyulundan “Mançester Yunayted”də çıxış edir. Onun müqaviləsi bu yay başa çatır.
Qapıçı ötən mövsüm Premyer Liqada 38 oyuna çıxıb və 43 qol buraxıb.

