13 İyul 2026
Dünya futbolu

“Milan” fransalı müdafiəçi gətirir

“Milan” “Sevilya”nın müdafiəçisi Tanqi Kuassi ilə maraqlanır.

İdmanxeber.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu 21 yaşlı fransızı heyətinə qatmaq istəyir. La Liqanın 2022/23 mövsümündə Nyanzu “Sevilya”nın heyətində 19 oyuna çıxıb, 1 qol vurub.

Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun transfer qiyməti 7,5 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43