Hakan Çalhanoğlu “İnter”lə olan müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi İtaliya klubu ilə olan müqaviləsini 2027-ci ilə qədər uzadıb.
Xatırladaq ki, Hakan 2021-ci ildən “İnter”də çıxış edir. O, hazırkı klubuna “Milan”la müqaviləsi bitəndən sonra azad agent kimi qoşulmuşdu.

