06 İyul 2026
Dünyadan

“Linkoln” – “Qarabağ” matçına necə baxaq?

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsində təmsilçimiz “Qarabağ” səfərdə Cəbəllütariq “Linkoln”u ilə munasibətlərə aydınlıq gətirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Viktoriya” stadionunda keçiriləcək matça maraq azdı. Söhbət qarşılaşmanı yayım proqramına salmayan kanallardan gedir. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyunu ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq və matçı Rüstəm Əfsərli şərh edəcək.

Ümumiyyətlə isə hər hansı bir xarici kanalın yayım proqramında bu matça rast gəlmək mümkün olmayıb.

Bu komandalar arasında cavab oyunu iyulun 19-u olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43