“Neftçi”dən ayrılan gürcüstanlı futbolçu Solomon Kverkveliya karyerasına Səudiyyə Ərəbistanında davam edəcək.
İdmanxeber.az-ın məlumatına görə, Gürcüstan millisinin üzvü “Əl-Oxdud”a keçib.
Qeyd edək ki, Solomon Kverkveliya 2022-ci il iyulun 4-də “ağ-qaralar”la 2 illik müqavilə imzalamışdı.
Paytaxt təmsilçisi ötən gün oyunçu ilə sözləşmənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqlayıb.