04 İyul 2026
Dünya futbolu

“Qarabağ” – “Rakov” oyununun başlama saatı bəlli oldu

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” – “Rakov” (Polşa) oyununun tarixi və başlama saatı bəlli olub.

İdmanxeber.az UEFA-ın saytına xəbər verir ki, matç avqustun 2-də Bakı Olimpiya stadionunda keçiriləcək oyun yerli vaxtla saat 20:00-da başlanacaq. 

Bu komandalar arasında ilk görüş isə iyulun 26-da Polşada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43