“Qalatasaray”ın sabiq futbolçusu Necati Ateş Fatih Terimin baş məşqçilik karyerasını bitirmədiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə mətbuatına danışan Ateş təcrübəli mütəxəssisə bir çox təkliflkərin olduğunu vurğulayıb:
“Terimə Azərbaycandan və Qətərdən təkliflər var. Biz “Fiorentina”nın əfsanəsindən bəhs edirik, İtaliyadan da istəyənlər ola bilər. O, hər an bir klubda işə başlaya bilər”.
Fatih Terim son olaraq “Qalatasaray”ın baş məşqçisi olub. O, ötən ilin yanvarında klubdan ayrılıb.

