28 İyun 2026
Ölkə futbolu

“Qəbələ” – “Omoniya” matçında anşlaq olacaq

Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qəbələ” – “Omoniya” görüşünə bilet satışı davam edir.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin idmanxeber.az saytına verdiyi məlumata görə, satışa çıxarılmış 1700 biletin artıq mindən çoxu satılıb.

Oyun saatına yaxın biletlərin tam tükənəcəyi və stadionun dolu olacağı gözlənilir.

Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma sabah saat 20:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43