“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan matç təmsilçimizin qələbəsi ilə başa çatıb -2:1.
Matçın baş hakimi israilli Roy Reinsreyber olub. Komandalar arasında cavab oyunu avqustun 20-də keçiriləcək.
Xatırladaq ki, növbəti mərhələyə yüksələn komanda “Qalatasaray” – “Olimpiya” (Lyublyana) cütlüyünün məğlubu ilə qarşılacaq.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
10 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – HİK (Finlandiya) 2:1
Qol: L.Andrade 55 (1:0), A.Olusanya 77 (1:1), Juninyo 85 (2:1)
Baş hakim: Roy Reinsreyber (İsrail)
Tofiq Bəhramov adına Respublika stadionu.