PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes “Qalatasaray”a keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, klublar transferin detalları ilə bağlı demək olar ki, razılığa gəliblər. “L’Equipe” nəşri yazır ki, İstanbul təmsilçisi 29 yaşlı futbolçunu 6 milyon avro qarşılığında heyətinə cəlb edib.
Paredes ötən mövsüm icarə əsasında “Yuventus”da çıxış edib. O, Turin klubunun heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.