“Mançester Siti” “Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketanı heyətinə qatmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, qarşı tərəf “şəhərlilər”in 80 milyonluq ilk təklifini rədd edib. Ancaq Mançester klubu oyunçu da israr edir.
“Foot Mercato” xəbər verir ki, rəhbərlik 25 yaşlı futbolçu üçün təklifi 101 milyon avro edib. 25 yaşlı braziliyalı ötən ilin avqustunda 51 milyon funt-sterlinqə “Lion”dan “Vest Hem”ə keçib.
O, ötən mövsüm bütün yarışlarda 41 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə verib.