“Matça yaxşı başladıq. Birinci hissədə çox yaxşı oynadıq. İkinci yarıda istədiyimiz kimi oynama bilmədik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Beşiktaş”ın oyunçusu Onur Bulut “Neftçi” qələbəsinin (3:1) ardından yelri mətbuata deyib. 29 yaşlı müdafiəçi daha sonra belə davam edib:
“90 dəqiqə istədiyimiz kimi oynamalıyıq. Üçüncü rəsmi matçımız idi. Ümid edirəm növbəti görüşlərdə ikinci hissədə daha yaxşı performans göstərərik. Komanda üçün əlimdən gələni etməyə çalışıram. Bir neçə mövqedə oynaya bilirəm.
Oyundan-oyuna inkişaf edirəm. Mən buraya sağ cinah müdafiəçisi olaraq gəlmişəm. Amma hazırda mənə başqa iş tapşırılır. Verilən tapşırıqları yerinə yetirməyə çalışıram”.