“Tottenhem”dən ayrılan Harri Keyn Almaniyanın “Bavariya” komandası ilə müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı hücumçu transferini sosial şəbəkə hesabı vasitəsilə elan edib. Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, London klubunun yetirməsi olan Harri Keyn müxtəlif vaxtlarda ölkəsinin “Leyton Orient”, “Milluoll”, “Norviç” və “Lester” komandalarında da çıxış edib. O, son 10 ili “Tottenhem”in əsas komandasında keçirib.