“Qarabağ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olub. İlk matçı Bakıda 2:1 hesabı ilə qazanan təmsilçisimiz səfərdə də rəqibini məğlub edib – 2:1.
“Bolt Arena”da baş tutan qarşılaşmanı Fransadan FİFA referisi Villi Delajod idarə edib.
Ağdam təmsilçisinin qollarını Toral Bayramov (p) və Yassin Benzia vurub. Rəqibin futbolçusu Benissan isə görüşün 16-cı dəqiqəsindən ikinci “sarı”dan qırmızı vərəqə görüb.
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə üz-üzə gələcək.
Avropa Liqasında pley-offa yüksələn Ağdam təmsilçisi ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.
UEFA Avropa Liqası, III təsnifat mərhələsi
Cavab oyunu
20:00. HİK – “Qarabağ” 1:2 (ikinci hissə)
Qırmızı: Benissan, 16 (HİK)
Baş hakim. Villi Delajod (Fransa)
Helsinki. “Bolt Arena”
Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

