“Sportinq” (Lissabon) Gonçalo İnasionun müqaviləsini uzatmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubları portuqaliyalı mərkəz müdafiəçisi ilə yaxından maraqlanırdı. Yeni müqavilədə oyunçunun sərbəstqalma məbləği 60 milyon avro olacaq.
21 yaşlı müdafiəçi “Sportinq”in heyətində 123 oyuna 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

