“Zenit” “Benfika”nın hücumçusu David Neresin transferi üçün yeni təklif irəli sürüb.
İdmanxeber.az-ın məlumatına görə, Rusiya klubu qarşı tərəfə 30+5 milyon avro önərsə də, Portuqaliya klubu bunu qəbul etməyib. “Zenit”in daha bir təkliflə çıxış edəcəyi gözlənilir.
26 yaşlı vinger 2022-ci ildə “Benfika” ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb. O, bu mövsüm Portuqaliya klubunda 1 oyun keçirib.

