13 İyul 2026
Ölkə futbolu

Avropa Liqası: “Qarabağ” “Olimpiya”nı məğlub etdi – YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu turnirin pley-off mərhələsinin ilk görüşündə Sloveniyanın “Olimpiya” klubunun qonağı olub. Oyun təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubunun qollarını Kevin Medina və Leandro Andrade vurub.

Qarşılaşmanı bolqarıstanlı hakim Georgi Kabakov idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
24 avqust
22:00. “Olimpiya” (Sloveniya) – 0:2 “Qarabağ” (Azərbaycan)

Baş hakim: Georgi Kabakov
Lyublyana. “Stojitse” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43