“Qarabağ” UEFA Avropa Liqası pley-off mərhələsi çərçivəsində bu axşam Sloveniyanın “Olimpiya” klubu ilə üz-üzə gələcək.
İdmanxeber.az-a verilən məlumata görə, təmsilçimiz Lyublyanada keçiriləcək matçda dəstəksiz qalmayacaq. Belə ki, ev sahibi tərəfəndən Ağdam klubuna ayrılmış 802 nəfərlik tribuna tam dolu olmasa da, təxminən 200-ə yaxın tərəfdar “Qarabağ”ı qələbəyə səsləyəcək.
Xatırladaq ki, görüş bu axşam saat 22:00-da start götürəcək.

