13 İyul 2026
Dünya futbolu

Avropa Liqası: Mahir oynadı, “Dinamo” qalib gəldi

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) bu gün Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Xorvatiya təmsilçisi  Çexiya “Sparta”sını qəbul edib. Görüş Zaqreb təmsilçisinin 3:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Mahir də bu oyunun iştirakçısı olub. O, meydana 65-ci dəqiqədə Dario Şkipiçin əvəzinə çıxıb.

Komandalar arasındakı cavab oyunu avqustun 31-i keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43