16 İyul 2026
Ölkə futbolu

Nazim Süleymanovun yeni klubu bəlli oldu

Azərbaycanın tanınmış futbol mütəxəssisi Nazim Süleymanovun yeni iş yeri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, 58 yaşlı mütəxəssis yeni mövsümdən birinci liqada yarışacaq “İrəvan” klubunun baş məşqçisi təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, N.Süleymanov son olaraq Rusiyanın “Ximki” klubunun  U-19 komandasını çalışdırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43