16 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: “Qalatasaray” – “Molde” oyunu canlı yayımlanacaq

Çempionlar Liqası pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Qalatasaray” – “Molde” görüşü Azərbaycanda canlı yayımlanacaq.

İdmanxeber.az xəbər verir ki, azarkeşlər qarşılaşmanı “CBC Sport” kanalı vasitəsi ilə izləyə biləcək. Bu barədə kanalın rəsmi saytından məlumat verilib.

“Qalatasaray” – “Molde” matçı sabah saat 23:00-da start götürəcək. Tərəflər arasındaki ilk oyun İstanbul klubunun qələbəsi ilə başa çatıb – 3:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43