Hüqo Loris yanvardan əvvəl oynaya bilməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, fransalı qolkiper “Tottenhem”in əsas komandası ilə məşq etməyə davam etsə də, London klubu oyunlar üçün onu iştirak ərizəsinə salmayacaq.
“Latsio” və bir neçə klub təcrübəli qapıçı ilə maraqlansa da, sonda tərəflər arasında razılıq olmamışdı.

