“Liverpul” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarasla maraqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar transfer pəncərəsinin son günlərində 25 yaşlı braziliyalı üçün 100 milyon funt-sterlinq təklif etsə də, “Nyukasl”dan qəti şəkildə rədd cavabı alıb.
Futbolçu 2022-ci ilin yanvarından “ağ-qaralar”da çıxış edir. Bu mövsüm o, “sağsağanlar”ın heyətində 4 oyun keçirib.

