“Baku Sporting” yeni və gələcəyi olacaq bir komandadır. Futbolda belə şeylər olur. Bu, hər bir komandanın başına gələ bilər. Belə şeylərdən qaçmaq olmur. Yeni yaranan komanda üçün bu da böyük təcrübədir. Adi bir səhv sizi çempionluqdan edə bilər”.
Bu sözləri İdmanxeber.az saytına “Baku Sportinq”in futbolçusu Elgün Abbaslı deyib. “Ağdaş”la oyunda (4:2) adı protokolda olmadığı üçün komandasına texniki məğlubiyyət verilən futbolçu cari mövsüm Bakı klubunun hədəflərindən də söz açıb:
“Çempionluq yolumuza davam edirik. Hər oyuna bu hədəflə çıxacağıq. Qarşıdakı görüşlər barədə düşünməliyik. 3 xalı itirdiyimiz matçı bərpa etməliyik.
Komandada ab-hava əla vəziyyətdədir. İnanıram ki, ilk yarandığımız ildə çempionluğu qazanacağıq.Heyətdə özümlə bərabər təcrübəli oyunçular yoxdur. Çempionluğa layiq komandayıq”.