Kayl Uolker “Mançester Siti” ilə müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli sağ cinah müdafiəçisi “şəhərlilər”lə 3 illik müqavilə imzalayıb.
Uolker yayda “Bayern”ə keçməyə yaxın idi, lakin sonradan fikrini dəyişərək İngiltərə klubunda qalmağı seçdi.
33 yaşlı futbolçu bu mövsüm 6 oyunda heç əvəzlənmədən 540 dəqiqə meydanda olub.