“Trabzonspor” “Alanyaspor”dan Umut Güneşi transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, Qaradəniz təmsilçisi bu transfer üçün 2.3 milyon avro ödəyəcək. 23 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.
Umut “Alanyaspor”da 95 oyuna 6 qol vurub və 5 məhsuldar ötürmə edib.