Misli Premyer Liqasının 6-cı turunun hazırda keçirilən “Turan Tovuz” – “Qəbələ” matçında gərginlik yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ”nin məşqçisi Xaqani Məmmədov qarşılaşmanın bas hakimi Əliyar Ağayevə kəskin etirazlarını bildirib. Ağayev Məmmədovu sarı vərəqə ilə cəzalandırması belə onun sakitləşməsinə səbəb olmayıb. Nəticədə Əliyar Ağayev onu meydandan qovub.
Qeyd edək ki, 5-ci turun “Zirə” ilə oyununda “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev meydandan kənarlaşdırılmışdı.