Misli Premyer Liqasının 6-cı turunda “Kəpəz” öz meydanında “Səbail”ə məğlub olub – 0:3.
İdmanxeber.az-ın məlumatına görə, böyükhesablı məğlubiyyət Gəncə klubunun futbolçusu Olavale Onanuqaya olduqca pis təsir edib. Nigeriyalı yarımmüdafiəçi matçdan sonra paltardəyismə otağında göz yaşlarını saxlaya bilməyib.
Saytımıza danışan legioner futbolçu azarkeşlər önündəki uğursuz nəticələrə görə üzüldüyünü və bu səbəbdən də ağladığını bildirib:
“Biz bu dəfə azarkeşlərimizi sevindirmək istəyirdik. Onları məyus etdiyimiz üçün ağladım. Bu mənə çox pis təsir etdi”.