UEFA Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra ölkələrin əmsallar cədvəlini açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, “Qarabağ”ın “Molde”yə 1:0 hesabı ilə qalib gəlməsinin ardından Azərbaycanın hesabına daha 0,500 xal əlavə edilib.
Amma ölkəmizin mövqeyində hər hansı dəyişiklik baş verməyib. Azərbaycan 17,375 xalla yenə 29-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya İngiltərə (90,303 xal) başçılıq edir. İspaniya (78,864 xal) ikinci, İtaliya (73,141 xal) üçüncüdür.

