“Danışılası çox şey yoxdur. Səbəb odur ki, evdə məğlubiyyət seriyası davam edir. Təəssüflər olsun ki, artıq 4 matçdır Gəncədə uduzuruq”
İdmanxeber.az-ın məlumatəna görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Mməmədov “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Açığını desəm, bu görüşə çox yaxşı hazırlaşmışdıq. Uşaqlar əllərindən gələni etdilər ki, məğlub olmayaq. Sadəcə, olmayanda olmur. Bizim üçün 6 xallıq oyun idi. Çalışırdıq ki, ən azından “Qəbələ”yə uduzmayaq. Çempionat davam edir. Futbolçulara güvənirəm. Çempionatın sonuna qədər də bu komanda ilə elitada qalmağa səy göstərəcəyik”.

