Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində Braziliya yığmasına qalib gəlib – 1:0.
İdmanxeber.az-ın məlumatına görə, görüş Rio-de-Janeyrodakı Marakana stadionunda baş tutub. Qarşılaşmada yeganə qolu Covanni Lo Selsonun künc zərbəsindən sonra müdafiəçi Nikolas Otamendi vurub.