“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə “Qəbələ” ilə qraşılşacaq.
İdmanxeber.az-a verilən məlumata görə, komandanın zədəli futbolçusu Marakvelidze Piruzi “qırmızı-qaralara”a qarşı forma geyinə bilməyəcək. Zədəsi olan digər oyunçular – Slavik Alxasov və Martin Petkov fərdi məşqlərə başlayıb.
Hər iki futbolçunun da “Qəbələ” görüşünə yetişməsi gözlənilir. Tovuz klubunun heyətində hər hansı bir cəzalı oyunçu yoxdur.
“Qəbələ” – “Turan Tovuz” matçı noyabrın 25-də keçiriləcək.