“Marakana” stadionunda Braziliya və Argentina arasında gərgin görüş keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində iki əzəli rəqib qarşı-qarşıya gəlib. Matç Otamendinin qoluyla Argentinanın minimal hesablı qələbəsiylə başa çatıb.
Oyun Braziliya polisi ilə argentinalı azarkeşlər arasında çıxan davaya görə başlamalı olduğu vaxtdan yarımsaat gec start götürüb.