“Arsenal” yanvarda Fabio Vieyra gedişinə icazə verəcək.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi icarə əsasında “Marsel”ə keçəcək.
Vieyra ötən ilin yayında “Portu”dan London klubuna transfer olunub. 23 yaşlı oyunçu bu mövsüm 14 oyuna 2 qol vurub və 3 məhsuldar ötürmə edib.