24 Noyabr 2024
Ölkə futbolu

“Sumqayıt” “yox” cavabı aldı, PFL “onlardan asılıdı” dedi

“Sumqayıt” ev oyunlarını yeni istifadəyə verilmiş Mehdi Huseynzadə adına stadionda keçirə bilmir.

İdmanxeber.az-a daxil olan məlumata görə, klub PFL-ə muraciət etsə də, rədd cavabı eşidib. Buna əsas səbəb kimi işıqlandırma sisteminin yaxşı olmaması göstərilir.

Məsələylə bağlı Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov saytımıza açıqlamasında məsələyə belə münasibət bildirib:

“Sumqayıt” klubunun müraciəti əsasında PFL tərəfindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baxış keçirilib. Arenada oyunun keçirilməsi üçün vacib olan bütün məqamlar yoxlanılıb. Bura texniki, idman, yayım, media və digər nüanslar daxildir. Əlbəttə ki, ölkəmizdə belə bir idman qurğusunun olması xoş haldır. Lakin digər tərərəfdən stadionlar oyunların keçirilməsi ilə bağlı bütün tələblərə cavab verməlidirlər. Həmin detallar barədə kluba bildirilib. Hazırda “Sumqayıt”la sıx əlaqədə çalışırıq. Klubun yeni arenaya köçməsi qarşı tərəfin göstərəcəyi səylərdən asılıdır.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43