Gəncədə yeni stadionun tikintisinə gələn il başlanılacaq.
İdmanxeber.az-ın məlumatına görə, yeni stadionun layihəsi artıq təsdiqlənib. Gəncədə 2025-ci ildə istifadəyə veriləcək arenanın tutumu 16.000 olacaq. Daha öncə isə stadionun tamaşaçı tutumu ilə bağlı müxtəlif rəqəmlər səslənirdi.
Hazırda köhnə stadionda söküntü işləri davam edir.
Qeyd edək ki, 60 ildən sonra Gəncədə ilk dəfə belə bir böyük arena tikilib istifadəyə veriləcək.

