01 Noyabr 2024
Dünya futbolu

“Qarabağ”dan Lunyov açıqlaması – “Sabah”a qarşı oynayacaq?

“Qarabağ”ın mətbuat xidməti qapıçı Andrey Lunyovun durumu ilə bağlı Rusiya mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, rusiyalı qolkiperin zədəsini sağaltdığı bildirilib:

“Lunyovda hər şey qaydasındadır. O, zədəsini sağaldıb və komanda ilə məşq edir. Andreyin məşq prosesində heç bir məhdudiyyəti yoxdur. Bu gün “Sabah”la oyunumuz var. Meydanda olub-olmyacağını oyun saatdında biləcəyik”.

Lunyov Avropa Liqasında “Bayer”lə matçda (0:1) zədələnib. “Qarabağ”ın qapıçısı zədə səbəbindən Rusiya millisinin noyabrdakı toplanışını buraxıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43