“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya çempionatında 2022/23 mövsümünün nəticələrinə əsasən mükafatlandırılıb.
İdmanxeber.az-ın məlumatna görə, almaniyalı qapıçı La Liqada mövsümün ən yaxşı futbolçusu və ən yaxşı qapıçısı seçilib.
Nüfuzlu “Marca” nəşrinin 2007-ci ildən təşkil etdiyi “Di Stefano” kuboku ilk dəfə olaraq bir qapıçıya təqdim edilib.
Ötən mövsüm Ter Ştegen La Liqada 38 matçda 18 qol buraxıb, 26 matçda isə qapısını toxunulmaz saxlayıb.